“Moskva Timoşenkonu hakimiyyətə gətirməyə çalışacaq” - AÇIQLAMA

Ərəstun Oruclu: “Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinə görə Rusiya hələ də beynəlxalq ictimaiyyətlə ciddi problemlər yaşayır”

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Rusiyanın Ukrayna barədə gələcəkdəki siyasi fəaliyyətini dəyərləndirib. Ə.Oruclu bildirib ki, Rusiya Ukraynanı geri qaytarmaq üçün heç bir addım atmayacaq. Politoloq hesab edir ki, Moskva Yanukoviçdən sonra Ukraynada qurulacaq hökumətlə normal münasibətlər qurmağa çalışacaq: "Çünki indiki məqamda Ukrayna ilə arada olan konflikti dərinləşdirmək Rusiyanın maraqlarına cavab vermir. Rusiyanın Ukraynada seperatçılıq fəaliyyətinə gedəcəyi də inandırıcı deyil. Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinə görə Rusiya hələ də beynəlxalq ictimaiyyətlə ciddi problemlər yaşayır. Rusiya uzun illər post-seovet məkanındakı ölkələri təsir dairəsinə salmaq üçün seperatçılıq siyasətindən istifadə edib. Nəticədə Rusiya Gürcüstan və Azərbaycanla olan əlaqələrini zərbə altına salıb. Rusiya maksimum dərəcədə Yuliya Timoşenkonun Ukraynada hakimiyyətə gəlməsinə çalışacaq. Çünki Ukraynada Rusiya ilə yaxşı münasibətləri olan az sayda siyasətçilərdən biri məhz Timoşenkodur. Ukraynada kimin hakimiyyətdə olmasından asılı olmayaraq Moskva Kiyevlə normal əlaqələr qurmaqda maraqlı olacaq". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00