Məşhur ilahiyyatçı onu “İran agenti” adlandıranlara sərt cavab verdi

Elşad Miri: “Miri sizin ilahiyyatçı olaraq sırımağa çalışdıqlarınız kimi siğəbazlığı müdafiə etmədiyinə görəmi?”

İlahiyyatçı Elşad Miri mətbuatda onun İran agenti olması barədə yayılan məlumatlara aydınlıq gətirib. E.Miri onun barəsində həqiqətəuyğun olmayan yazıları "öncəgəlmişlik adlandırıb. İlahiyyatçı qeyd edir: "Amerikaya işləyir dedilər, dinmədik. MOSSAD-la çalışır dedilər, səsimizi çıxarmadıq. İran agentidir deyə iddia edirlər, yenə susuruq. Görəsən, bu şəxsin dediklərini çürütməyin əvəzinə, niyə şəxsinə ləkə atmağa çalışırlar? Miri sizin ilahiyyatçı olaraq sırımağa çalışdıqlarınız kimi siğəbazlığı müdafiə etmədiyinə görəmi? Yoxsa Xocalı qırğınını törədənlərlə öpüşüb görüşənlərin ayətullahlarını təqlid etmədiyi üçünmü? Xahiş edirik, güzgüyə baxın, ağalar! Elşad Miriyə atılmaq istənən ləkələr günbəzdəki qoz misalı kimidir!". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00