İsraildə Xocalı soyqırımının 22-ci ildönümü qeyd olunacaq
24 Fevral 2014 11:56 SiyasətMilli Məclisin deputatı Fuad Muradov Təl-Əvivdə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimində iştirak etmək üçün İsrailə səfər edib. Milli Məclisdən verilən məlumata görə, mərasim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsrail Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub. Tədbirdə Xocalı faciəsi zamanı həlak olan insanların xatirəsi anılacaq, orada törədilən vəhşiliklər haqqında həqiqətlər, bu dəhşətli hadisələrin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması istiqamətində dövlətimizin həyata keçirdiyi məqsədyönlü fəaliyyət barədə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00