“125-lər”in vahid komanda şəklində fəaliyyət göstərəcəyi də inandırıcı görünmür”

"Bu birlikdə olanların bir çoxunun, əsasən də qurumun rəhbərliyinin yaradıcı insan olduğunu nəzərə alsaq onların iş prosesində bir mövqeden çıxış edəcəyi, vahid komanda şəklində fəaliyyət göstərəcəyi də inandırıcı görünmür". Bu fikirləri "OLAYLAR"-a verdiyi açıqlamada Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev "125-lər" Siyasi Klubunun yaradılmasına münasibət bildirərkən səsləndirib. AMİP rəsmisi bildirib ki, onların siyasi fəaliyyətlərində hər hansı təcrübənin olmaması, bir çoxunun fərdi fikir daşıyıcısı olması da bəyannamələrində nəzərdə tutduqları siyasi ambisiyalarına çatmağa mane olacaq: "Amma umumilikdə götürəndə təşkilatın uğurlu olub olmayacağından asılı olmayaraq bu siyasi partiyaların fəallığının zəifliyinə bir işarədir. Yani siyasətlə məşğul olmayan və ya çox az olan insanlarda siyasi ambisiyanın baş qaldırması siyasi partiyaları daha ciddi fəallaşmağa məcbur etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00