İstanbulda Xocalı Soyqırımına həsr edilmiş etiraz aksiyası keçirilib

İstanbulda yaşayan azərbaycanlılar Xocalı Soyqırımının 22-ci ildönümünə həsr edilmiş aksiya keçiriblər. Aksiyada 22 il əvvəl erməni-rus birləşmələri tərəfindən Xocalıda qətlə yetirilən soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Nümayişdə 1000-dən çox insanın iştirak etdiyi bildirilir. Etiraz nümayişi Türkiyə və Azərbaycan dövlət himnlərinin oxunması ilə başlayıb. Xocalı soyqırımının Türkiyə Parlamenti tərəfindən tanınması üçün imza kampaniyası keçirilib. Aksiyada Rusiya və Ermənistan əleyhinə şüarlar səsləndirilib. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə heyəti və təşkilat üzvləri də etiraz nümayişində iştirak ediblər. Aksiyada həmçinin Cənubi Azərbaycan Azadlıq Hərəkatının bayrağı da dalğalandırılıb. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00