Azərbaycanlılar İran səfirliyi qarşısında etiraz aksiyası keçirdilər
24 Fevral 2014 11:18 Siyasət21 fevral beynəlxalq "Ana dili" günü münasibətilə Türkiyədə yaşayan azərbaycanlılar İran səfirliyi qarşısında aksiya keçiriblər. "50.000000.info"-nun verdiyi məlumata görə, aksiya Ankaranın "Kuğulu" parkından başlayıb şüarlarla davam etdirilib. Nümayişçilər aksiyada "Haray, haray, haray, mən Türkəm", "Türk dilində təhsil almaq haqqımızdır", Haqqımız fars şovinizminə son deməkdir", "Siyasi məhbuslara Azadlıq!" kimi şüarlar səsləndiriblər. Milli siyasi fəal Məhbub Əmrahi türk dilinin əhəmiyyəti və İranda həbs olunan azərbaycanlılar barədə soydaşlarımız qarşısında çıxış edib. Huquqşünas Əlirza Muxtarpur İranda baş verən prosesləri hüquqi cəhətdən qiymətləndirib. Nümayişin sonunda milli siyasi fəal Ramin Cabbarlı mitinqin ümumi bəyannaməsini oxuyub. ("OLAYLAR" İA)