Qənirə Paşayeva Giresunun fəxri vətəndaşı oldu
21 Fevral 2014 18:06 SiyasətTürkiyə Cümhuriyyətində səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Giresun fəxri vətəndaşlığı təqdim olunub. "OLAYLAR"-ın xəbərinə görə, Giresun Bələdiyyə sədri Kərim Aksu tərəfindən irəli sürülən və Giresun bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən Qənirə Paşayevaya Türk dünyası üçün və Giresunun tanıdılmasındakı xidmətləri, Azərbaycanla Türkiyə arasındakı, Azərbaycanla Giresun arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Giresunun fəxri vətəndaşlığı haqda sənəd təqdim olunub. Təqdimat mərasimində Giresun bələdiyyəsinin üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00