BDM nümayəndə heyəti Türkiyəyə gedir
21 Fevral 2014 18:05 SiyasətFevralın 22-də Azərbaycandan geniş bir nümayəndə heyəti Türkiyə Cümhuriyyətinə səfər edəcək. Bu barədə məlumatı "OLAYLAR"-a Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli verib. Bildirib ki, BDM-in təşkilatçılığı ilə baş tutacaq səfərdə tanınmış ziyalılar, QHT rəhbərləri və diaspor nümayəndələri iştirak edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Van və İqdırda olacaq: "Hər iki vilayətdə Xocalı soyqırımı ilə bağlı anım tədbirləri və fotosərgi təşkil olunacaq. Bundan başqa nümayəndə heyətinin Van və İqdır valiləri tərəfindən qəbul edilməsi nəzərdə tutulub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00