Moldovalı ombudsmanı Xocalı faciəsi ilə bağlı məruzə edəcək
21 Fevral 2014 18:03 Siyasət"Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Milli QHT Forumu ilə birlikdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirəcək. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbir fevralın 25-də Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunacaq. Tədbirdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və tanınmış ziyalılar iştirak edəcək. Moldova Ombudsmanı xanım Aureliya Qriqoriunun tədbirdə Xocalı soyqırımı ilə bağlı məruzə edəcəyi nəzərdə tutulub..
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00