Eldəniz Quliyev həbs edilə bilər
21 Fevral 2014 17:41 Siyasət"El" Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevə Xətai rayon məhkəməsindən zəng gəlib. Bu haqda Eldəniz Quliyevin özü bildirib. Zəng edən məhkəmə nümayəndəsi bildirib ki, onunla bağlı məhkəmədə iddia qaldırılıb və yaxın günlərdə iddianın surəti poçt vasitəsilə ona göndəriləcək.
Qeyd edək ki, VİP sədri Əli Əliyev Eldəniz Quliyev haqda məhkəmədə xüsusi ittiham qaydasında iş qaldırıb. Əgər məhkəmə Əli Əliyevin iddiasını təmin etsə, Eldəniz Quliyev haqqında həbs qərarı çıxarıla bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00