“Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatı aktivləşir” - MÖVQE

Qabil Hüseynli: “Türkiyədəki kürdlərlə İrandakı azərbaycanlıları müqayisə edəndə ortaya tamam başqa bir mənzərə çıxır”

Politoloq Qabil Hüseynli Güney Azərbaycanda İran hakimiyyəti tərəfindən milli fəallara qarşı başlatdığı kütləvi həbslərə münasibət bildirib. Q.Hüseynli qeyd edib ki, İran hakimiyyəti Güneydə yaşayan Azərbaycan türklərindən ciddi surətdə çəkinir. Politoloq hesab edir ki, Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatı oyanır. İran rejimi həmin oyanışın qarşısını almaq üçün Güneydə kütləvi həbslərə başlayıb. Güneylilərin fəallaşması rejim tərəfindən özlərinə qarşı təzyiqlərlə müşahidə edilir. "Kütləvi mitinq və aksiyalara başlanılsa, problemlərin həllinə nail olmaq mümkün olacaqmı?" - sualına Qabil Hüseynli cavab verdi ki, belə olan təqdirdə yalnız müəyyən məsələlərin həllinə nail olmaq mümkündür. Bunun üçün ilk növbədə Cənubi Azərbaycanda siyasi partiyaların qurulması və təşkilatlanma işlərinin vacib olduğunu deyən Q.Hüseynlinin sözlərinə görə, indiki məqamda fərdi şəxlsər tərəfindən tədbirlər keçirilir və müəyyən addımlar atılır: "Lakin Güney Azərbaycanı silkələyərək ayağa qaldırıb vahid ideya ortaya qoyacaq təşkilat yoxdur. Türkiyədəki kürdlərlə İrandakı azərbaycanlıları müqayisə edəndə ortaya tamam başqa bir mənzərə ortaya çıxır. Kürdlərin Türkiyədə siyasi partiyaları, QHT-ləri, birlikləri var. Amma İrandakı azərbaycanlılara arasıdan belə tendensiyanın şahidi deyilik. Çünki Güney türkləri İran rejiminin təzyiqləri altında yaşamağa məcburdurlar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00