Almaniyada Xocalıya həsr olunmuş mərasim təşkil olunacaq

Milli Məclisin deputatları Rövşən Rzayev və Musa Qasımlı Almaniyaya səfər ediblər. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanın Almaniyadakı səfirliyinin, həmçinin bu ölkədə fəaliyyət göstərən türk və Azərbaycan diaspor qurumlarının təşkilatçılığı ilə Köln şəhərində keçirilən Xocalı faciəsinə həsr olunmuş anma mərasimlərində iştirak etməkdir. Deputatlarımız Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verəcəklər. Səfər fevralın 24-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00