Deputat Türkiyədə regional əməkdaşlıqdan danışıb

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə İstanbulda keçirilən"Qara Dəniz regionunda mədəniyyətlərarası dialoq və etimad mühitinin gücləndirilməsi" üzrə Beynəlxalq Gənclər Forumunda məruzə ilə çıxış edib. Millət vəkili Qara dəniz bölgəsində mövcud olan münaqişələr və onların həllində regional əməkdaşlığın rolundan danışıb. DİP-dən "Olaylar"a verilən məlumata görə, Almaniyanın Robert Bosch, ABŞ-ın Alman Marşall fondlarının və Azərbaycan- Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda region ölkələrində tolerantlıq, mədəniyyətlərarası dialoq, regionun enerji təhlükəsizliyində Azərbaycan-Türkiyə əməkdaşlığının rolu və digər mövzular müzakirə edilib.

Forum çərçivəsində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı da keçirilib və iştirakçılara Xocalı faciəsi barədə ətraflı məlumat verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00