Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunur
Ceyms Uorlik Türkiyəyə səfəri zamanı maraqlı açıqlamaları ilə yadda qalıb
21 Fevral 2014 16:29 SiyasətATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Türkiyəyə səfəri davam edir. Həmsədr Twitter hesabında səfərlə bağlı fikirlərini bölüşüb: "Türkiyənin Dağlıq Qarabağ da daxil olmaqla regional münaqişələrə yanaşma tərzini öyrənmək maraqlı olardı. Biz Minsk qrupunun formatına sadiq qalacağıq". Qeyd edək ki, Ceyms Uorlik fevralın 17-dən Türkiyədə səfərdədir. Səfərdə məqsəd Ceyms Uorlikin dediyi kimi Türkiyənin regional münaqişələrə yanaşmasını öyrənməkdir. Xatırladaq ki, rəsmi Ankara dəfələrlə Dağlıq Qartabağ münaqişəsinin həllinə köməklik göstərməyə hazır olduğunu bildirib. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00