“Böyüməyən uşaqlar” təqdim edildi
21 Fevral 2014 15:39 SiyasətFevralın 21-də PJB sədri, jurnalist Elşad Eyvazlının Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağa həsr etdiyi "Böyüməyən uşaqlar" kitabının təqdimatı keçirilib. Tədbirdə millət vəkilləri - Fuad Muradov, Elman Məmmədov, Məlahət İbrahimqızı, "Qarabağ İcması"-nın sədri Bayram Səfərov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və KİV nümayəndələri iştirak ediblər. Tədbiri gişi sözü ilə açan B.Səfərov bildirdi ki, kitab Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı vasitədir. B.Səfərov qeyd edib ki, bu cür kitabların sayı artırılmalıdır. Xocalı faciəsinin 22-ci ildönümünün Azərbaycan və başqa ölkələrdə qeyd ediləcəyini deyən icma sədri bildirib ki, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bir çox ölkələr artıq bu rayonda törədilənləri soyqırımı aktı kimi tanıyıb. Çıxışçı V.Fətəliyeva isə qeyd etdi ki, digər bədii kitablardan fərqli olaraq "Böyüməyən uşaqlar"-da həyat həqiqətləri ilə üzləşmiş real insanlardan bəhs edilir. İcra nümayəndəsi E.Eyvazlının kitabını bitməyən əsər adlandırıb. V.Fətəliyevanın sözlərinə görə, kitabda həyat həqiqətləri ilə yanaşı, Xocalı sakinlərinin yaşadığı dəhşətlər, qətllər, yüzərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar var. Kitabda həmçinin, minlərlə insanın erməni əsirliyindəki vəziyyəti əks olunub. Müəllif E.Eyvazlı isə qeyd etdi ki, kitab bədii təxəyyülün məhsulu deyil, real faktlar əsasında hazırlanıb. E.Eyvazlı bildirdi ki, kitab gələcəkdə 5 dildə (alman, ispan, rus ingilis, fransız) nəşr ediləcək. Çıxış edən M.İbrahimqızı, F.Muradov, E.Məmmədov və Xocalı sakinləri E.Eyvazlının təşəbbüsünü yüksək qiymətləndirərək, Xocalı Soyqırımı haqqında təəssüratlarını iştirakçılarla bölüşdülər. ("OLAYLAR" İA)