Leyla Əliyeva “Xocalıya Ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” ikicildliyi çapdan çıxıb

Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin "Leyla Əliyeva: "Xocalıya Ədalət!" (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)" ikicildliyi çapdan çıxıb.
Nəşrdə beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğından, vəhşiliklərdən, soyqırımdan bəhs olunur. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində beynəlxalq aləmdə həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00