İstanbulda Xocalı Soyqırımına həsr edilmiş konfrans keçiriləcək

Fevralın 25-də İstanbulda Xocalı Soyqırımına həsr edilmiş konfrans keçiriləcək. "Olaylar"-ın Türkiyə bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, İpək Universiteninin professoru Kamal Çiçək, Kadir Has Universitetindən dosent Midhət Çəlikkaya, Xəzər Strateji Universitetinin professoru Məsut Hakkı Çaşin və KİV nümayəndələri iştirak edəcəklər. Konfrans Xəzər Strateji Universitetində baş tutacaq. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00