“Ukrayna hadisələrində xarici təxribat öz işini görür”

Hikmət Hacızadə: “Yanukoviçlə müxalifətin razılaşmasına baxmayaraq Ukraynadakı proseslər yenidən şiddətli məcraya yönəldi”

Politoloq Hikmət Hacızadə Suriya ssenarisinin Ukraynada təkrarlanacağı ilə əlaqədar Qərb mediasında yaylan məlumatlara münasibət bildirib. H.Hacızadə qeyd edib ki, Suriya ssenarisinin Ukraynada təkrarlanacağı inandırıcı deyil. Politoloq hesab edir ki, başqa-başqa ölkələrdə ac qalan mücahidlərin hamısı Suriyaya yığışıb. Suriyaya axışan radikal qüvvələrin bəzi ərəb və Avropa dövlətləri tərəfindən maliyyələşdirildiyini deyən Hikmət Hacızadənin sözlərinə görə, Ukraynada həmin ssenarinin təkrarlanması Suriyadakı prosesləri idarə edən qüvvələrin marağında deyil: "Bütün bunları nəzərə alanda eyni ssenarinin Ukraynada təkrarlanmasını mümkünsüz edir". H.Hacızadə onu da vurğuladı ki, Viktor Yanukoviç hökumətilə müxalifətin razılaşmasına baxmayaraq Ukraynadakı proseslər yenidən şiddəli məcraya yönəldi. "Məsələdən ortaya çıxan məntiq ondan ibarətdir ki, Ukraynada vəziyyətin qeyri-stabil qalmasında xarici dövlətlərin təxribat işi özünü göstərir" - deyə politoloq bildirib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00