Yeni “məxfi siyahı”nın ortaya çıxması istisna deyil
Xədicə İsmayılovanın casus “dostlarının” dairəsi genişlənə bilər
20 Fevral 2014 18:07 SiyasətOn illik jurnalistika fəaliyyətində mütəmadi olaraq qalmaqallı fəaliyyəti ilə seçilən Xədicə İsmayılova barədə yayılan növbəti məlumat ölkə mediasını zəbt etməkdədir. Belə ki, tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytında yazdığı "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı..." adlı məqaləsi ölkə gündəmini fəallaşdırıb. Məqalədə göstərilir ki, jurnalist Xədicə İsmayılova ABŞ kəşfiyyatçılarına "hakimiyyətlə əlaqəsi olan müxalifətçilərin, ictimai xadimlərin siyahısı"nı ötürüb. Həmin siyahıdakı adlar isə Azərbaycan müxalifətinin, mediasının, ictimaiyyətinin tanınan simalarıdır. Qeyd edək ki, Xədisə İsmayılovanın barəsində yayılan məlumat barədə bir dəfə də olsun təkzibedici açıqlama verməməsi fakt üzərində ciddi düşünməyə əsas verir. Görünür, X.İsmayılova sandığın açılıb, pambığın töküldüyünü gördüyündən susmağı, daha doğrusu yayındırıcı açıqlamalar verməklə cəmiyyəti çaşdırmağı üstün tutur. Ancaq "cidanı çuvalda gizlətmək olmaz". Çünki, Eynulla Fətullayevin açıqlamasından dərhal sonra millət vəkili Ceyhun Osmanov Xədicə İsmayılovanın sözügedən görüşdə yazılmış telefon danışıqlarını ortaya çıxartdı. Məsələ siyasi dairələrin o qədər narahatçılığına səbəb olub ki, hətta ABŞ-ın ölkəmizdəki səfiri baş verənlər barədə rəsmi açıqlama vermək zorunda qalıb. Bununla kifayətlənməyən jurnalist facebook səhifəsində guya MTN-in keçmiş əməkdaşından aldığı məxfi sənədi yayıb. Məsələnin ciddiliyi X.İsmayılovaya çatdırıldıqdan sonra məlumat dərhal profildən silinib. Məlumat üçün qeyd edək ki, X.İsmayılova prokurorluğa çağrılaraq ifadəsi alınıb. Daha dəqiq "araşdırmaçı" jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində "məxfi siyahı" barədə sorğu-suala tutulub. Baş prokurorluqdan bildirilib ki, deputat C.Osmanovun təqdim etdiyi audio yazısı araşdırılaraq hüquqi qiymət veriləcək. Məsələ orasındadır ki, bütün baş verənlərə rəğmən X.İsmayılova heç də tutduğu əməldən peşman kimi görünmür, əksinə bu məsələni ortaya çıxaranların üzərinə getməklə birbaşa insanları təhdid edir. Maraqlı məqam ondan ibarətdir ki, X.İsmayılovanın təqdim etdiyi siyahıda adı keçən şəxslərin məsələyə münasibəti onun hansı məqsədlə hazırlandığını ortaya qoyur. Məlumdur ki, sözügedən siyahı qərəzli şəkildə hazırlanmaqla yanaşı, həm də "dostcasına" yanaşma prinsipinə riayət edilib. Yəni, siyahıda X.İsmayılovanın münasibəti olmayan ictimai-siyasi xadimlərlə yanaşı, yaxın münasibətdə olduğu şəxslərin də adı keçir. Məhz mətbuatda elə adı düşünülmüş çəkildə siyahıya salınmış şəxslərin bəzisinin açıqlamasına rast gəlinir. "Mehriban düşmənlər" isə məsələnin əsil mahiyyətindən agah olduqlarından susmaqla X.İsmayılovaya dolayısı ilə dəstək vermiş olurlar. Düzdür, siyasi fəaliyyətdə müxalifət nümayəndələrinin iqtidarla əməkdaşlığını birmənalı şəkildə "Hakimiyyətə işləmək" kimi qələmə vermək sadəlövlük olardı. Ancaq nəzərə almaq lazımdır ki, bu açıqlama həm də onlara qarşı ittiham kimi qiymətləndirilir. Belə halda, ortaya çıxıb mövqeyini açıqlamaması məntiqi baxımdan həmin şəxslərin X.İsmayılovanı ifşa etməmək düşüncəsindən xəbər verir. Adı siyahıda keçən, hakimiyyətlə daim konfiliktə olan hüquq müdafiəçilərinin seyrçi mövqe tutması isə qətiyyən başa düşülən deyil. Mümkündür ki, bir middətdən sinra həmin hüquq müdafiəçiləri elə X.İsmayılovanın guya pozulmuş hüquqlarının müdafiəsinə qalxsınlar. Yeri gəlmişkən, artıq bəzi müxalifət mətbuatında X.İsmayılovanın istintaqa cəlb edilməsi ona qarşı təzyiq kimi qiymətləndirilir. Əslində isə burada qətiyyən təqibvə təzyiqdən söhbət gedə bilməz. Çünki istintaq orqanları tətrəfindən açılan cinayət işi jurnalist X.İsmayılova barədə yox, sənədin ictimailəşdirilməsi faktı üzrə açılıb. Bu isə o deməkdir ki, istintaq işi X.İsmayılovanın jurnalistika fəaliyyəti ilə deyil, onun məhz KİV haqqında qanunu pozmasına, dövlət sirrini yaymasına qarşı yönəlib. Etiraf edək ki, bu "xəmir hələ çox su aparacaq". Çünki istisna edilmir ki, X.İsmayılovanın xarici ölkələrin kəşfiyyat orqanları ilə uzunmüddətli əməkdaşlığı olmayıb. Özü də təkcə ABŞ-ın deyil, digər ölkələrin də məxfi qurumları ilə. Yəni, onun "casus dostlarının" dairəsi genişlənə bilər. Bu isə o deməkdir ki, elə "məxfi" məlumatlar ortaya çıxa bilər ki, hazırda üzərində baş sındırdığımız siyahı onun yanında "toya getməli" olar. Təki Azərbaycanın dövlət sirri ilə bağlı məlumatlar Ermənistan xüsusi xidmət orqanlarına ötürülməsin. Nəzərə almaq lazımdır ki, bunlar Azərbaycan dövləti və xalqına qənim kəsilən insanlardır.
Alim