KXCP üzvü Xədicə İsmayılı və Əli Kərimlini məhkəməyə verir

KXCP funksioneri Elman Türkoğlu jurnalist Xədicə İsmayıla növbəti dəfə kəskin şəkildə etirazını bildirib. E.Türkoğlu qeyd edib ki, X.İsmayıl mətbuatda yayılan saxta sənədi 2010-cu ildə AXCP sədri Əli Kərimlinin tapşırığı ilə hazırlayıb. KXCP üzvünün sözlərinə görə, jurnalist onun adını həmin sənəddən silib. 2010-2011-ci ildə X.İsmayıl məlum sənədəi "Facebook" və saytlarda yayanda isə orada E.Türkoğlunun adı olub: "Xədicə xanım, siz Əli Kərimlidən soruşun ki, 1948-ci ildə Sisyan rayonundan qaçıb. Masallının Bambaş kəndinə pənah gətirən ata babası həmin kənddən sonradan niyə qovulub? Bəs Masallıdan çıxıb Sabirabada gedəndə həmin rayondan niyə qovub çıxarıblar. Xədicə İsmayıl, siz bu sualların cavabını Əli Kərimlidən soruşun. Xədicə, bu saxta sənədə görə səni, Natiq Ədilov və Əli Kərimlini məhkəməyə verəcəm. Hazırlaşın, məhkəmədə görüşəcəyik". ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00