Ermənilərin saxta soyqırım iddialarına cavab veriləcək
20 Fevral 2014 15:05 SiyasətAMEA Tarix İnstitutu 2014-cü il ərzində bir çox yeni nəşrlər hazırlayacaq. Ermənilərin qondarma soyqırım iddialarına da cavab verəcək. Bu barədə "OLAYLAR"a institutun direktoru Yaqub Mahmudov məlumat verib. Bildirib ki, bu il ərzində iki çildlik "Naxçıvan tarixi" çap oluncaq: "Akademiyanın tarixinə həsr olunmuş kitab çap edəcəyik. Tarix İnstitutunun tarixini (1935-ci ildə yaradılıb) təqdim edəcəyik. Ölkə başçısı Tarix İnstitutuna 3 milyon manat vəsait ayırıb. Bizim də baş işimiz soyqırımların tarixini daha dərindən araşdırmaq olacaq. Ayrı-ayrı, oxunaqlı, yığcam, sənədlərlə zəngin kitablar buraxacağıq. Bakıda, Qubada, Şamaxı, Gəncə-Qarabağada, Zəngəzur, İrəvan, Naxçıvanda, ümumiyyətlə, Azərbaycan xalqına qarşı hansı bölgələrdə soyqırım həyata keçirilibsə, onların hamısının tarixini ayrı-ayrı kitablar halında çap etdirəcəyik. İmkan olarsa, başqa dillərə də çevirəcəyik. Bu kitabların çoxu hazırdır". Y.Mahmudov bildirdi ki, tarixi reallıqlar ortaya qoyulacaq və dünyaya bəyan olunacaq ki, soyqırım ermənilər tərəfindən bizim xalqa qarşı, Anadolu türklərinə qarşı həyata keçirilib. Ermənilərə qarşı heç bir qırğın olmayıb. Onlar bu yerlərin aborogen əhalisini məhv edib, böyük Ermənistan yaratmaq istəyiblər. ("OLAYLAR"İA)