“Rusiyanın ayağının hansı bataqlıqda olması bəllidir” - AÇIQLAMA
Ərəstun Oruclu: “Ukrayna millətçiləri 50-ci illərin sonunadək Stalin rejiminə qarşı partizan mübarizəsi aparıblar”
20 Fevral 2014 13:36 Siyasət"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Ukraynada baş verənlərə münasibət bildirib. Ə.Oruclu hesab edir ki, bu qədər zorakılıq, qətldən sonra da "Avromeydan"-da etirazların davam etməsi təəccüblü deyil. Politoloq Ukrayna xalqının Rusiyameyilli Yanukoviç hökumətinə qarşı mübarizəsinin tarixi köklərinin olduğunu deyir: "Ukrayna millətçiləri sovet rejiminə qarşı 50-ci illərin sonunadək silahlı partizan müharibəsi aparıblar. Stalin rejiminin Putinin oliqarx bandası olmadığını nəzərə alsaq Rusiyanın ayağını hansı bataqlığa soxduğunu təsəvvür etmək çətin deyil". ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00