Eldəniz Quliyev CM-in 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb oluna bilər
19 Fevral 2014 16:58 SiyasətVətəndaş və İnkişaf Partiyasının "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənın hazırlıq iclasının vaxtı bəlli olub. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədr müavini Ramil Hüseynov deyib ki, məhkəmənin hazırlıq iclası isə fevralın 25-də keçiriləcək: "İddia ərizəsi baxılması üçün Xətai Rayon Məhkəməsinin hakimi İbrahim İbrahimlinin icraatına verilib".
Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyevlə bağlı məhkəmə instansiyasına müraciət edib. VİP məhkəmədən Eldəniz Quliyev barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 147 və 148-ci maddələri üzrə tədbir görülməsini istəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00