Nazirlər Gəncə bəyannaməsi imzaladılar
Azərbaycan,Türkiyə və Gürcüstan prezidentlərinin də bu formatda görüşməsi üçün işlər aparıldığı qeyd edilib
19 Fevral 2014 15:37 SiyasətBu gün Gəncədə üçtərəfli görüş keçirən Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Gürcüstan XİN rəhbəri Maya Pancikidze və Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu iştirakı ilə birgə mətbuat konfransı keçirilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr, enerji və infrastruktur layihələri müzakirə edilib. O cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun inşası məsələsi gündəmdə olub. Üç ölkənin prezidentlərinin də bu formatda görüşməsi üçün işlər aparılır. Görüş çərcivəsində regiondakı münaqişələrlə bağlı - Şimali Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ilə bağlı müzakirələr aparılıb. Gürcü nazir Gürcüstandakı münaqişələr nəticəsində 300 min gürcünün qaçqın düşdüyünü deyib. Buna baxmayaraq Rusiya ilə münasibətlər bərpa edilir. Görüşün sonunda nazirlər Gəncə bəyannaməsini imzalayıblar. Bu bəyannamə hər üç ölkənin iqtisadi siyasi və digər sahələrdə əməkdaşlığını ehtiva edir. Qeyd edək ki, nazirlərin bu formatda görüşünün əsası 2012-ci ildə Trabzonda qoyulub. 2013-cü ildə görüş Batumidə baş tutub. Növbəti görüş isə Türkiyənin Qars şəhərinfdə keçiriləcək. ans