Ukrayna mətbuatı Xocalı soyqırımından yazdı
19 Fevral 2014 15:26 SiyasətUkraynanın bir sıra mətbu orqanlarında Xocalı soyqırımı haqqında məqalələr dərc edilib. Bu barədə məlumatı "OLAYLAR" Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən yayıb. Bildirilir ki, "Rupor.info" mətbuat portalinda bu ölkənin Milli Aviasiya Universiteti Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı "Ходжалинская трагедия: бойня или геноцид?" başlıqlı məqaləsi nəşr edilib. Həmçinin "Antifaşist" mətbuat portalında da Arif Quliyevin Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı "Ходжалинский геноцид: о чем говорит истина" başlıqlı məqaləsi nəşr olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00