Şəhərin ən yüksək zirvəsində Xocalı abidəsi ucaldıldı
19 Fevral 2014 15:13 SiyasətTürkiyənin Uşak şəhərinin ən yüksək zirvəsində (1100 metr) Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Abidənin açılışında Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, professor Ərəstun Mehdiyev, millət vəkilləri - Elman Məmmədov, Musa Qasımov, Aqil Abbas, Uşak şəhər bələdiyyəsinin başçısı Əli Ərdoğan, Azərbaycan-Türkiyə Dostluq Dərnəyinin sədri Səfər Qaraqoyunlu və digər qonaqlar iştirak ediblər. Açılışdan sonra mətbuat konfransı keçirilib, Xocalı Soyqırımından bəhs edən film nümayiş olunub. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00