Elman Türkoğlundan Xədicə İsmayıla açıq məktub
19 Fevral 2014 13:34 SiyasətKXCP funksioneri, Milli bayraqdar Elman Türkoğlu jurnalist Xədicə İsmayıla açıq məktub göndərib. Məktubda deyilir:
"Xədicə xanım İsmayıl, mən ömrüm boyu bu günədək heç bir qadının qəlbinə dəyməmişəm. Bundan sonra da dəyməyəcəm. Mən həmişə qadınları kişilərin başının tacı hesab etmişəm. Bir qadının küçələrdə dilənçilik edib əl açaraq pul dilənməsinə ürəyim ağrıyıb. Bu gün də belə qadınları görəndə ürəyim pis olur. Bizim nəsil bəy nəsli olduğu üçün qadınlara böyük hörmətimiz var. Bundan sonra da olacaq.
Hörmətli Xədicə xanım keçək əsas məsələyə:
- Mən bir bayraqdar kimi təkcə Azərbaycanda yox, milliyyətindən asılı olmayaraq bütün dünyada öz təmiz peşəsilə məşğul olan, fəaliyyət göstərən jurnalistlərə ya qadın olsun, ya da ki, kişi olsun - böyük hörmətim var. Amma bu gün "Yeni Müsavat" qəzetinin əməkdaşı Aygün Müradxanlı və sizə qarşı hörmətim azalıb. Səbəbini bilirsiniz? İndi sizə deyim qulaq asın:
- Hal-hazırda hörmət etdiyim və hörmət etmədiyim Xədicə xanım, bir az əvvələ gedək. 3-4 il bundan qabaq siz və Natiq Ədilov birləşərək Əli Kərimlinin tapşırığı ilə Mustafa Kozulayın adına bir neçə saxta profillər açaraq məni və ailəmi təhqir etməyə başladınız. Əndazənizi aşaraq saxta bir sənəd hazırladınız ki, guya mən MTN-nin agentiyəm. Guya hər ay agentliyimə görə bu qurumdan 600 manat maaş alıram. Bu heç bir həqiqəti əks etdirmir. Həmin o saxta sənəddə harada doğulduğumu, hansı xarici ölkədə yaşadığımı, hansı ali məktəbi bitirdiyimi, Əbülfəz Elçibəyi neçənci ildə tanıdığımı göstərmisiniz. Çox da uzağa getməyərək, daha da qızışaraq, əndazənizi aşaraq ikinci saxta sənəd hazırladınız ki, guya mən 1992-ci ildə Elçibəyin hakimiyyəti dövründə Şəkidə azyaşlı qızı zorlamışam. Guya həmin məsələ ilə əlaqədar mənim barəmdə də hüquq mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Guya Elçibəyin müdaxiləsindən sonra cinayət işi bağlanıb". ("OLAYLAR" İA)