Minsk qrupu mənasız bir qurumdur

"ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək ciddi fəaliyyət ortaya qoya bilməyiblər. Buna görə də, onların hansısa ədalətli mövqe nümayiş etdirəcəklərinə heç bir ümidim yoxdur"."OLAYLAR"-ın xəbərinə görə/, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.
ATƏT-in Minsk qrupunu mənasız bir qurum hesab edən millət vəkili bildirib ki, həmsədrlər fəaliyyət göstərdikləri müddət ərzində münaqişənin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində ciddi bir iş görməyiblər: "Həmsədrlərin bölgəyə son səfərlərindən sonra verdikləri bəyanat da təxminən əvvəlki bəyənatlarının təkrarıdır. Bütün bunlara görə, Azərbaycan xalqının onlara inamı yoxdur. Əslində, həmsədrlər öz mövqelərini beynəlxalq hüquq müstəvisində ifadə etməli, işğala məruz qalanla işğalçının arasında fərq qoymalıdır. Əks halda, onların verdikləri bəyanatı oxuyan hansısa xarici ölkə vətəndaşları əslində, münaqişənin mahiyyəti haqda heç nə anlaya bilməzlər. Nə qədər ki, həmsədrlər münaqişə tərəflərinə eyni cür yanaşacaq, Ermənistanın işğalına son qoyulması ilə bağlı heç bir irəliləyiş olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00