“Rusiya Qarabağla bağlı Ermənistanın qarşısına gözlənilməz şərt qoyacaq”

"Ermənistan hakimiyyəti vassallıq siyasətinə sadiq qalaraq ölkəni yenə də Rusiyaya kirayə verdi" - yerli mətbuata açıqlama verən Ermənistan Miras Partiyasının lideri Raddi Ovenesiyan belə deyib. R.Ovenesiyan Sərkisyan iqtidarının Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramından imtina etməsini axmaqlıq adlandırıb: "Ermənistan Rusiya ilə bir-iki mənasız razılaşma əldə edib. Həmin anlaşmalar tamamilə xalqa qarşıdır. Rusiya Dağlıq Qarabağ münaqişəsnin həllində də bu istiqamətdə Ermənistanın qarşısına gözlənilməz şərt qoyacaq. Vassal asılılığında olan Ermənistan Rusiyanın bu qərarına qarşı çıxa bilməyəcək". Miras lideri bildirib ki, Sərkisyan hakimiyyəti Ermənistan-İran əlaqələrini də zərbə altında saxlayır. R.Ovenesiyan qeyd edib ki, Rusiya regional təhlükəsizlik üçün ən böyük təhdiddir. "Rusiya ilə Azərbaycan arasındakı hərbi əlaqələr kifayət qədər inkişaf etmiş səviyyədədir. Ermənistan isə bütün bunları nəzərə almayaraq Rusiyaya inteqrasiya edir. Sərkisyan Ermənistanı lazımsız dövlətə çevirib" - Raffi Ovenesiyan deyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00