“Yanukoviçi ancaq silah gücünə devirmək olar” - AÇIQLAMA

Ərəstun Oruclu: “Prezidentin xüsusi təyinatlıları nümayişçilərə qarşı hücuma başlayıb”

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu növbəti dəfə Ukraynada baş verən hadisələrə münasibət bildirib. Ə.Oruclu qeyd edir ki, V.Yanukoviçin xüsusi təyinatlıları ("Berkut") "Avromeydan"-a qarşı hücuma başlaylıb. Politoloqun sözlərinə görə, ali Avropa rəsmiləri sosial şəbəkələrdə tökülən qanın qarşısını almağa çalışdıqlarını, lakin Yanukoviçlə əlaqə saxlamağın mümkün olmadığını yazırlar: "Ukrayna təəssüf ki, böyük qan ərəfəsindədir. Bəlkə də bu kriminal V.Yanukoviç rejimi ilə mübarizə aparanların səhvidir. Belə bir rejimi ancaq zorla - silah gücünə devirməyin mümkün olduğunu vaxtında başa düşmədilər". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00