“Xədicə İsmayıl saxta sənədi Əli Kərimlinin tapşırığı ilə hazırlayıb” - AÇIQLAMA
Elman Türkoğlu: “Onlara cavabım ağır olacaq”
18 Fevral 2014 17:05 SiyasətKXCP funksioneri Elman Türkoğlu jurnalist Xədicə İsmayılın amerikalı kəşfiyyatçıya təqdim etdiyi siyahı barədə məsələyə münasibət bildirib. E.Türkoğlu iddia edir ki, X.İsmayıl məlum sənədi AXCP sədri Əli Kərimlinin tapşırığı ilə hazırlayıb. KXCP üzvü bildirib ki, saxta sənədin heç bir möhürü yoxdur: "Jurnalistin ictimailəşdirdiyi sənəd heç bir həqiqəti əks etdirmir. Həmin məsələnin sonunu gözləyirəm. Onlar məndən elə bir cavab alacaqlar ki, pis vəziyyətdə qalacaqlar. Ən maraqlısı isə həmin sənəddə Əli Kərimlinin adının olmamasıdır. Bəs, X.İsmayılın özü hara işləyir? Yəqin ki, onun da işlədiyi bir sıra qurumlar var". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00