“Yanukoviç getsə, vəziyyət düzələcək”

Zəlimxan Məmmədli: “Ukrayna ya Avro-atlantik məkana gedəcək, ya da ki, keçmiş postsovet sahəsində qalmaqla qapısı bağlanacaq”

Politoloq, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Ukrayna müxalifətinin prezident Viktor Yanukoviçin istefa tələbini şərh edib. Z.Məmmədli hesab edir ki, Ukraynada baş verən proseslər keçid mərhələsindədir. Politoloqun sözlərinə görə, Ukrayna ya Avroatlantik məkana gedəcək, ya da ki, keçmiş postsovet sahəsində qalmaqla qapısı bağlanacaq: "Lakin böyük ehtimalla Avopaya inteqrasiya qalib gələcək. Xalqın hökumətə qarşı dirənişi bununla bağlıdır. Viktor Yanukoviçin siyasi oyunları açıq şəkildə Moskvadan idarə olunur. Hakimiyyətlə müxalifətin dialoqlarında konkret şərtlər ortaya qoyulur. Müxalifət siyasi xəttin aydınlaşmasına çalışır. Lakin cəhdlərə baxmayaraq bu istiqamətdə olan məsələlər aydınlıq tapmır. Çünki Yanukoviçin bir ayağı Kremldədir. Bütün hallarda xalq çoxluğunun hökumət üzərində qalib gələcəyinə şübhə olmamalıdır. Müxalifətin tələb etdiyi kimi Viktor Yanukoviç hakimiyyətdən getməsindən sonra bütün suallara aydınlıq gələcək. Ukrayna xalqının hökumətə qarşı demokratiya iradı Rusiyanın gələcəkdə demokratikləşməsinə təkan verə bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00