Rusiya susur

Ermənistan isə olimpiada keçirildiyi halda belə atəşkəsi pozur

Ermənistan tərəfindən atəşkəsin pozulması məqsədli xarakter daşıyır. Millət vəkili Sahib Alıyev bildirib ki, erməni tərəfinin Rusiyada olimpiada keçirilən bir məqamda, prezidentlərin öz boyunlarına öhdəlik götürdüyü halda ardıcıl olaraq bütün cəbhə boyu atəşkəsi pozması təsadüfi deyil: "Necə ola bilər ki, bir dövlət vassallığında olduğu ölkədə olimpiada keçirildiyi halda belə hallara yol verir? Bununla paralel olaraq Rusiyanın Ermənistandakı hərbçiləri 200-dən artıq texnikanı cəlb etməklə praktiki təlimlərə başlayıblar. Necə olur ki, Ermənistanda "qışın oğlan çağında" gecə saatlarında, Rusiyada olimpiada keçirilən bir vaxtda belə hərbi təlimlərin keçirilməsinə ehtiyac yaranır? Maraqlıdır ki, Minsk Qrupunun həmsədrləri də bu məsələyə yanaşmada qəribə mövqe tuturlar. Amerikanı təmsil edən həmsədr işğalçı ölkənin hərbçisinin öldürülməsilə bağlı başsağlığı verir. Amma həmsədrlər soruşmur ki, öldürülən erməni hərbçisi Azərbaycan torpağında nə gəzir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00