“Müsavatdakı qruplaşmanın birini İsa Qəmbər yaradıb”

Elçin Mirzəbəyli: “Partiya daxilində yaranmış ziddiyyətlər yeni hadisə deyil”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Müsavat Partiyasında başqanlıq seçimi öncəsi yaranmış ciddi fikir-ayrılığı məsələsinə münasibət bildirib. E.Mirzəbəyli qeyd edib ki, Müsavatda adətən eyni proseslər baş verir. BAXCP rəsmisi vurğuladı ki, hətta deputat siyahılarının müəyyənləşdirilməsilə bağlı vaxtilə proporsional seçki sistemi mövcud olanda nəinki belə bir qalmaqal düşmüşdü, eyni zamanda ilkin səsvermənin saxtalaşdırılması ilə bağlı ciddi mübahisələr yaranmışdı: "Bu baxımdan Müsavat daxilində başqan seçimi ilə əlaqədar baş verən gərginlik yeni hadisə deyil. Partiya daxilində qruplaşmalar hər zaman olub. Həmin qruplaşmaların bir qismi İsa Qəmbərin özü tərəfindən yaradılıb. Çox güman ki, İsa Qəmbərdən sonra bu qruplar arasındakı ziddiyyətlər daha da dərinləşəcək. Qruplaşmalara başqanlıq üçün iddialı olan insanlar başçılıq edir. Partiya daxilindəki ciddi fikir-ayrılıqlarının daha böyük ziddiyyətlərə səbəb olacağı mümkündür. İsa Qəmbərdən sonra partiya daxilində problemlərin yaranacağı gözlənilən idi. Başqan getməmiş bu ziddiyyətlər artıq özünü açıq şəkildə göstərir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00