Musa Quliyev Türkiyəyə səfər edəcək

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, səfərdə məqsəd Asiya siyasi partiyalarının beynəlxalq konfransında iştirak etməkdir. Deputatımız səhiyyə ilə bağlı məsələlərə həsr olunmuş tədbirdə fikirlərini bildirəcək. Səfər fevralın 24-də başa çatacaq. M.Quliyev həmçinin fevralın 24-də Türkiyəyə səfər edəcək. Azərbaycan parlamentinin nümayəndəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İstanbulda keçiriləcək Audit və büdcə komissiyasının növbəti iclasında iştirak edəcək. Səfər fevralın 26-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00