Litvada Xocalı ilə bağlı təbliğat tədbirlərinə start verildi

Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində də Litvada da müxtəlif tədbirlərə start verilib. Bu barədə məlumatı "OLAYLAR"-a Litvada yaşayan soydaşımız Samir Musayev verib. Bildirib ki, fevralın 17-dən Litvada "Justice for Khojaly" kAmpaniyasI çərçivəsində geniş təbliğat tədbirlərinə start verilib. Həmyerlimizin sözlərinə görə, kampaniya davam etdiyi müddət ərzində istənilən litvali evinin qarşısında, istifadə etdiyi nəqliyyatda, dayandığı dayanacaqda, oxuduğu reklam lövhəsində, həmçinin istifadə etdiyi internetdə Xocalı həqiqətlərini görəcək. Kampaniyanın mart ayının sonuna qədər davam etməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00