Millət vəkili səfirlərə səsləndi
Onlar diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar
17 Fevral 2014 16:06 Siyasət"Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana ayrı-ayrı vəzifələr adı altında, əsil həqiqətdə isə kəşfiyyat orqanlarının nümayəndələri kimi gələn Qərb təmsilçilərinədən ölkəmizə qarşı təzyiq, müdaxilə, hakimiyyət əlehinə kəskin mövqe tələb olunur". Bunu deyən millət vəkili Zahid Orucun sözlərinə görə, həmin nümayəndələrdən həmçinin müxtəlif məmurlarımıza qarşı hansısa sanksiyalar tələb olunur. Ona görə düşünürəm ki, səfirliklər, xüsusilə də Azərbaycanda müxtəlif dövrlərdə çox kəskin geopolitik maraqları toqquşan dövlətlərin nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda inqlab hər hansı xarici kapital, xarisi dairələrin yardımı ilə mümkün deyil. Çünki Azərbaycan dövlətinin çox mühüm bir siyasəti ortadadır. Bu baxımdan, biz biməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən təsir agentləri və qrupları kimlərdir".