Avropa Parlamenti “əcinnə ovu”na çıxıb
17 Fevral 2014 16:04 Siyasət"Son vaxtlar Avropa Parlamentində Azərbaycanı dəstəkləyən millət vəkilləri ilə bağlı "əcinnə ovu" anlayışı yaranmağa başlayıb". Bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, hənin millət vəkilləri seçkilərdə Azərbaycan hakimiyyətini dəstəkləyən insanlar olduğuna görə, hesab edirlər ki, guya onlar burada hansısa bir təmənna ilə fəaliyyət göstəriblər: "Əslində bu məsələnin bəhanə tərəfidir. Nəzərə almaq lazımdır ki, bu deputatlar Azərbaycanın ərazi bütövlüyü məsələsində ən aktiv rol alan insanlardır. Məhz bu fəaliyyətdən çəkindərmək üçün adını başqa cür - guya Azərbaycanda antidemokratik fəaliyyəti dəstəkləməyə meyilli deputat kimi onları Azərbaycanın maraqlarını müdafiə etmə istiqamətindən yayındırma siyasəti yeridilir. Biz buna qarşı təsirli tədbirlər görməliyik. Onların müdafiəsi istiqamətində addımların atılmasını koordinasiya edilərək həyata keçirməliyik ki, sabah bu fəaliyyətdən insanlar Azərbaycanın haqlı davasını müdafiə etməkdən çəkinməsinlər".