Müxalifətdə agent axtarma əməliyyatları gedir

Keçən ilin oktyabrında ölkədə keçirilən prezident seçkilərindən sonra bir qədər passiv mövqedə dayanan Azadlıq Partiyası müxalifət düşərgəsində təmsil olunan digər partiyalarla da aktiv təmas qurmur. Bunun səbəblərinə Azadlıq Partiyasının sədri Əhməd Oruc "OLAYLAR"-a verdiyi açıqlamada  aydınlıq gətirib. Partiya sədri bildirib ki, aktiv sahədə cin çıxarma, satqın çıxarma, agent axtarma əməliyyatları, söyüşmə getdiyi üçün rəhbərlik etdiyi partiya bu səviyyəyə enmək istəmir: "Həmçinin qeyd etdiyim sahələrdə mütəxəssis olmadığımıza görə bizə heç kim müraciət etmir. Ona görə də biz aktiv deyilən həmin siyasi səhnədə görünmürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00