İnna Tımçik: “Xocalı faciəsinı törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”

Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində ilk tədbir Odessa şəhərində keçirilib. "OLAYLAR"-ın Ukraynadakı Azərbaycan səfirliyinə istinadən verdiyi xəbərə görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilmiş anım mərasimində azərbaycanlı və ukraynalı gənclər, diplomatlar və bir sıra xalqların diaspor təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Odessa vilayət təşkilatının sədri Samirə Əliyeva son iki əsrdə ermənilərin Azərbaycanda həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətini tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Mərasimə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı harayı" filminə baxmaqla ermənilərin 22 il bundan öncə azərbaycanlılara qarşı həyata keçirdikləri bəşəri cinayətlə tanış olublar. Odessa meri yanında Gənclər Təşkilatının sədri İnna Tımçik və digər ukraynalı gənclər indiyədək belə bəşəri cinayətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyərək qeyd ediblər ki, Xocalı faciəsi dünyada baş verən ən amansız qətliamlardan biridir. Bildirilib ki, Xocalı faciəsinı törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00