Niderland parlamentinə Xocalı ilə bağlı petisiya təqdim olunub

"Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə əsrin faciəsi-ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı Niderland Parlamentinə "Xocalı soyqırımı haqqında PETİSİYA"  təqdim edilib. Bu barədə Birliyin sədri Mayisə Ağamirzəyeva məlumat verib. Onun sözlərinə görə, bu il Xocalı ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək, Niderland ictimaiyyəti erməni vəhşiliyi ilə bağlı məlumatlandırılacaq. Başqa bir tədbir  fevralın 23-də Haaqa şəhərində keçiriləcək. Birlik üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidə qarşısında Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin "Xocalı faciəsi - Unutmayın, unutdurmayın!" adlı anım mərasiminə qatılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00