“Gənclər Əli Kərimli və İsa Qəmbərdən beziblər”
Elşən Musayev: “Onlar elə bir mərhələdədirlər ki, siyasi mövqelərini dəyişmək üçün heç bir yer qoymayıblar”
17 Fevral 2014 12:33 SiyasətDemokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Müsavatın Gənclər Təşkilatından kütləvi istefalara münasibət bildirib. E.Musayev qeyd edib ki, Müsavat GT-dan gənclərin istefa verməsi finişə yaxınlaşır. Partiya sədri hesab edir ki, gənclərin sürətlə Müsavat sıralarından çıxması çoxdan başlayıb. Məsələnin birbaşa Gənclər Təşkilatı ilə əlaqələndirilməsinin mümkün olmadığını deyən Elşən Musayevin sözlərinə görə, müxalifət daxilindəki gərginlik və başqan İsa Qəmbərə görə, gənclər orada təmsil olunmaqdan imtina edirlər: "Gənclər hər nə qədər siyasi fanatizmin qurbanları olsalar da reallığı görə bilirlər. 23 ildir ki, bu insanlar müxalifət düşərgəsində çürüyürlər. Neçə illər bundan qabaq müxalifətə gənc kimi gələnlər artıq qocalıblar. Bu müxalifət üçün qorxulu tendensiyadır. Həmin illər ərzində heç bir uğur əldə edə bilməyən müxalifət liderlərli gəncləri ətrafına toplamaqla nəyəsə nail ola bilmirlər. Təbii ki, Əli Kərimli və İsa Qəmbərin uğursuzluqları həmin partiyaların gənclər təşkilatlarına siraət etməli idi. Həmin gənclər heç vaxt sədrlər tərəfindən irəli çəkilməyiblər. GT sədrləri fəaliyyətlərini yalnız yaxın ətrafı ilə məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Digər tərəfdən müxalifət liderləri GT-lara siyasi savaddan uzaq gəncləri cəlb edirlər. Tural Abbaslı və Əbülfəz Qurbanlı eyni kaqteqoriyaya daxildilər. Ona görə də müxalifət partiyalarında mənəvi aşınmalar yaranır. Bu gün gəcnlərin müxalifət düşərgəsindən imtina etmələri təbii prosesdir. Onlar elə bir mərhələdədirlər ki, siyasi mövqelərini dəyişmək üçün heç bir yer qoymayıblar. Müxalifət partiyalarından gedən gənclər daha çox neytral qalmağa üstünlük verirlər. Hədəfi, ideologiyası olmayan, siyasi lideri Əli Kərimli və İsa Qəmbər səviyyəsində olan müxalifətdə dağılmaq mütləq olacaq. Bu gün müxalifət daxilində baş verənlər tamamilə məntiqlidir". ("OLAYLAR" İA)