Deputatlarımız Afrikaya səfər ediblər
17 Fevral 2014 11:36 SiyasətMilli Məclisin deputatları Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov "Azərbaycanın iqtisadi, sosial və mədəni aspektləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Cənubi Afrika Respublikasına yola düşüblər. Milli Məclisdən "OLAYLAR"a verilən məlumata görə, Yohannesburq şəhərində keçiriləcək toplantıya dünyanın müxtəlif yerlərində məskunlaşan türk toplumlarının nümayəndələri qatılacaq. Konfransda Azərbaycanda real vəziyyət, Avropanın enerji təhlükəsizliyi siyasətində ölkəmizin rolu ilə bağlı məsələlər müzakirə ediləcək. Deputatlarımız mövzu ilə əlaqədar fikirlərini bölüşəcəklər. Səfər fevralın 24-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00