Hollandiyada Xocalı soyqırımı yad ediləcək
14 Fevral 2014 16:18 SiyasətXocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Hollandiyada da bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu barədə məlumatı "OLAYLAR"-a bu ölkədə yenicə yaradılmış "Hollandiya-Azərbaycan Evi" Təşkilatının sədri Elxan Mirhəşimli verib. Bildirib ki, anım tədbirir Niderland Azərbaycan Türk Kültür Dərnəyi tərəfindən təşkil olunacaq: "Niderlan Azərbaycan Türk Kültür Dərnəyinin keçirəcəyi anım tədbirinə "Hollandiya-Azərbaycan Evi" təşkilatı ilə yanaşı bir sıra Azərbaycan təşkilatları və cəmiyyətləri də dəstək verəcək. Tədbir zamanı iştirakçılara ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat veriləcək, bu soyqırımdan bəhs edən fotolar, film nümayiş olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00