Fazil Mustafa ittihamlara cavab verdi
14 Fevral 2014 15:37 Siyasət"Bizim ölkəmizdə belə düşünürlər ki, hər şey öz yolu ilə gedir, hər hansı bir tənqidə, hər hansı bir yanlış, neqativ halların deyilməsinə ehtiyac yoxdur. Həmkarım Siyavuş Novruzov da məsələyə münasibət bildirəndə, mən təəccübləndim. Çünki cənab Prezident bu yaxınlarda müşavirdə belə bir fikir işlətdi ki, "Mən xalqın xidmətçisiyəm". Bunu deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, ölkənin də əsas problemlərindən biri də korrupsiyayadır: " Bu məsələ də cəmiyyətin nəzarətindədir. Cəmiyyətin də fəallığı özünü göstərməlidir ki, belə problemlər yavaş-yavaş aradan qaldırılsın. Özünü xalqın xidmətçisi hesab edən Prezidentin əksinə olaraq, bəzi həmkarlarımız, hansısa məmurlarımız, qrupların xidmətçisi kimi göstərməyə çalışırlar. Açığı mən bir şeyi demək istəyirəm ki, biz tənqid edirik ona görə ki, harada neqativ məsələ var, o götürülsün. Ola bilsin ki, korrupsiya da var. Bu hər ölkədə var. Amma allahsızlıq deyilən bir termin var, bu həddə qədər məsələlər olur ki, onları söyləmək lazımdır. Yəni biz nəyi deyirik? Binaların bu qədər üzlük çəkilib, bu vəziyyətə gətirilməsini deyirik". F.Mustafa əlavə edib ki, insanlar başa düşməlidir ki, tənqid dövlətin xeyrinədir: "Prezidentin çağırışı odur ki, göstərin harada hansı problemlər var, biz həll edək. Ona görə də biz deyirik ki, allahsız formada nəyinsə dağıdılması adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi kimi, onları müdafiəçisi kimi çıxış edənləri görəndə mən təəccüblənirəm. Və bu bir ənənəyə çevrilib. Bunu bu formada təhlil etmək çox yersizdir".