Fransız diplomat ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub
14 Fevral 2014 15:24 Siyasət14 fevral 2014-cü il - 1 mart 2014-cü il tarixindən etibarən fransız diplomat Aleksis Şaxtaxtinski ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub.
"Mən, qarşılıqlı hörmət və etimad əsasında Azərbaycan hökuməti ilə inamlı işguzar əlaqələrinin qurulmasına ümid edirəm," Şaxtaxtinski bildirdi. "Yeni mandata uyğun olaraq, mən, Azərbaycanın hökumət və qeyri-hökumət qurumları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin saxlanılmasını təmin edəcəm. ATƏT-in özünəməxsus və hərtərəfli təhlükəsizlik konsepsiyasından tam istifadə edərək, komandamın üzvləri ilə birlikdə ATƏT-in hər üç meyarı üzrə layihələrin icrası ilə təşkilatın prinsip və öhdəliklərini təşviq edəcəyik."