Millət vəkili həmkarını üzr istəməyə çağırdı

"Bəzən bizim həmkarlarımız çaşıb Əkrəm Əylislinin mövqeyini tuturlar". Bunu deyən millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, biz müddət əvvəl xalqa, dövlətə xəyanətdə Əkrəm Əylisli qınanılırdı, haqlı olaraq tənqid edilirdi: "Bu yaxınlarda həmkarımız Fazil Mustafanın "Adamyeyənlər" hekayəsi çıxdı. Hekayədə Afrikadakı adamyeyənlərlə Azərbaycandakı vəziyyət müqayisə olunur. Azərbaycandakı vəziyyət, Azərbaycan xalq təhqir olunur. Bununla Fazil Mustafa Əkrəm Əylislidən heç də geridə qalmır, bir çox deputatlıar Ə.Əylisli ilə eyni mövqedədirlər. Çünki onunla oturub dururlar. İnsan necə kor ola bilər ki, Azərbaycandakı bu inkişafı görməsin?! Yazanda bu inkişafdan, görülən işlərdən də yazmaq lazımdır. Fazil Mustafa, axı səni narazı salan nədir?! Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransanın komandasını götürək. Əgər orada 2 dənə ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir. Və yaxud yolboyu divarların çəkilməsindən narazılığını bildirirsən. Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki? Məktəbləri hədəfə götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən". S. Novruzov bildirib ki, F. Mustafanın son günlər Afrikaya qarşı simpatiyası artıb və ora səfərə də hazırlaşır: "Bütün bunlara baxmayaraq Fazil Mustafanın bir yolu var, Azərbaycan xalqından bu mövqeyinə görə üzr istəməlidir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00