“Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi”

Bakıda bu mövzuda konfrans keçiriləcək

 "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda konfrans keçiriləcək. "OLAYLAR"-ın Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi xəbərə görə, fevralın 17-də baş tutacaq konfrans Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutracaq. Tədbirdə üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və münasibətlərin gələcəyinin müzakirəsi nəzərdə tutulub.  Konfransda Gürcüstan Parlamentinin beynəlxalq əlaqələr komissiyasının sədr müavini, Gürcüstanın keçmiş xarici işlər naziri, Türkiyə və Gürcüstanın nüfuzlu ekspertləri, eyni zamanda, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin idarə rəisi müxtəlif mövzularda müzakirələr aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00