Müdafiə Nazirliyindən Əfqanıstandakı sülhməramlılarmızla bağlı açıqlama

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu Əfqanıstanda xidmət edir

Müdafiə Nazirliyindən xarici ölkələrdə xidmət edən sülhməramlılarımızla bağlı açıqlama verilib. Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, indiyədək sülhməramlılar arasında heç bir döyüş itkisi olmayıb.   Nazirlikdən bildiriblər ki, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.

Nazirlikdən Kosovo bölgəsindən geri çağırılan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımının görüdükləri işlər barədə də məlumat veriblər. Nazirlikdən bildiriblər ki, 1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak etdiblər: "Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparırdı." .  Nazirlikdən verilən məlumatda qeyd olunub ki, bu müddət ərzində Kosovoda 362 nəfər hərbi qulluqçu iştirak edib. (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit).

2008-ci ilin aprel ayında Kosovonın birtərəfli qaydada müstəqilliyinin elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılıblar.  Müdafiə nazirliyindən göndərilən məlumatlarada İraqda Beynəlxalq Koalisiya Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində xidmət etmiş Sülhməramlılarımız barədə də məlumat veriblər: "Sülhməramlı bölüyü 15 avqust 2003-cü ildən 7 dekabr 2008-ci il tarixinədək 151 nəfər şəxsi heyətlə (120 nəfər əsgər, 16 nəfər gizir, 15 nəfər zabit) tarixdən İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərirdi".

"İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirirdi",- deyə Nazirlikdən göndərilən məlumatda qeyd olub:   "Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar, 7 dekabr 2008-ci il tarixində bölük tam heyətlə İraqdan geri qayıdıb".  Ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00