Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Qəbələdədir
13 Fevral 2014 13:19 SiyasətGürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də Qəbələyə gəlib. Gürcüstan Prezidentini Qəbələ Beynəlxalq Hava Limanında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Ali qonaq Qəbələdəki bir sıra istehsal və emal müəssisələri, turizm obyektləri ilə tanış olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00